AZ

Deloitte-un “Azərbaycanda biznes perspektivləri” adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışı təqdim edilib

Bakı. Trend:

Deloitte-un “Azərbaycanda biznes perspektivləri” adlımakroiqtisadi hesabatının doqquzuncu buraxılışı ictimaiyyətə təqdimedilib.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bildirilir ki, bu buraxılışda əsas makroiqtisadi göstəricilərləyanaşı maliyyə sektoruna dair qısa icmal da yer alıb.

Deloitte Azərbaycanın dəvəti ilə xüsusi qonaq qismində tədbirəqatılan Mərkəzi Bankın sədri Taleh Kazımov ölkədəki makroiqtisadivəziyyət və maliyyə sektorunun inkişafı ilə bağlı fikirlərinibölüşüb, həmçinin real sektoru təmsil edən iştirakçılarınsuallarını cavablandırıb.

Tədbir sektorun qarşılaşdığı çağırışlar və perspektivlərinmüzakirəsi üçün geniş imkanlar yaradıb.

#MərkəziBank

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr