AZ

Formada qalmaq istəyirsinizsə beyninizi aldadın Dietoloqdan açıqlama

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Dietoloq aclığı idarə etməyin yollarını açıqlayıb.

Milli.Az xəbər verir ki, dietoloq Dmitri Semiryadov çox insanın arıqlamağa çalışarkən davamlı aclıq hissi ilə üzləşdiyini bildirib.

"Bədən həmişə enerji ehtiyatlarını qorumağa çalışır və kaloriləri daha çox yandırdıqda aclıq siqnalı verir. Onun sözlərinə görə, bu vəziyyətin öhdəsindən strateji qidalanma ilə gəlmək mümkündür. Semiryadov qeyd edir ki, çox insanın toxluq siqnalları pozulub, buna görə də bəzən hətta sağlam qidaları yesən belə artıq yemək istəyi yaranır. Dietoloq yeməyə əvvəl ət, balıq və ya paxlalı məhsullarla başlamağı tövsiyə edir, çünki protein daha uzun həzm olunur və toxluq hissini tez yaradır. Tədqiqatlar göstərir ki, yüksək proteinli pəhriz aclığı 16 faiz azaldır və toxluq hissini 25 faiz artırır.

Mədə yalnız kaloriyə deyil, həm də yeməyin həcminə reaksiya verir: "Tərəvəz və ya azkalorili şorba əlavə etmək mədəni doldurur və artıq yeməyin qarşısını alır".

Dietoloq beyni "aldatmağı" məsləhət görüb: "Qoz, fındıq, nar, lobya və alma kimi məhsulları çeynəmək uzun müddət toxluq siqnalı verir və kalori qəbulunu azaldır. Vərdişlər üzərində işləmək də vacibdir. Məsələn, hər gün eyni vaxtda yemək aclığı azaltmağa kömək edir, alma sirkəsi isə toxluq hissini artırır və qan şəkərini stabilləşdirir".

Semiryadov qeyd edib ki, aclığı nəzarətdə saxlamaq həm ömür uzunluğunu artırır, həm də bir çox ciddi xəstəliklərin riskini azaldır.

İsmayıl

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
news.milli.az

2Mənbələr