Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin bir sıra üzvləri, eləcə də Azərbaycanın federasiyadakı nümayəndələri tutduqları vəzifələrdən istefa veriblər.
Apasport.az saytına verilən məlumata görə, həm Dünya Alpaqut Federasiyasındakı azərbaycanlı təmsilçilər, həm də Dünya Alpaqut Federasiyasının Azərbaycan nümayəndəliyində olanlar kütləvi şəkildə istefa verib.
İstefa verən şəxslərin siyahısını sizə təqdim edirik:
DAF rəhbərliyi:
Prezident – Jalə Əhmədova
1-ci vitse-prezident – Könül Nurullayeva
Vitse-prezident – Anar Qurbanov
İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova
Katibliyin rəhbəri – Tünzalə Əzimova
Azərbaycan nümayəndəliyi:
Prezident – Fuad Quliyev
1-ci vitse-prezident – Mehman Səfərov
Vitse-prezident – Davud Davudov
Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova
Məlumata əsasən, bu addımın səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqları olub.
İdmançımız Dünya Oyunlarında gümüş medal qazanıb - FOTO
Yaponiya “Sumo Expo 2025”də Bakıda keçiriləcək dünya çempionatının təqdimatı baş tutub - FOTO
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatının təqdimatı baş tutub
UFC: Fiziyev Oliveyra ilə döyüşəcək
Məhəmmədəli Osmanlı: “Bu Azərbaycan döyüş tarixində bir ilkdir” - VİDEO