AZ

"Çelsi"də YENİ MÜQAVİLƏ

UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Çelsi"də yeni müqavilə qeydə alınıb.

Bizim.Media xəbər verir ki, London klubu futbolçusu Cenesis Antvinin müqaviləsini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

İsveçli sağ cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 18 yaşlı futbolçu klubun akademiyasının yetirməsidir.


Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu noyabrın 5-də Bakıda olacaq.

Bizim.Media

Seçilən
4
1
bizim.media

2Mənbələr