AZ

Üzeyir bəyin 140 illik yubileyinə həsr olunmuş növbəti tədbir

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Niyazinin mənzil-muzeyində Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açaraq dahi bəstəkarın yaradıcılığından, ölməz əsərlərindən danışıb, həmçinin Milli Musiqi Günü haqqında ətraflı məlumat verib.

“Bizim muzey üçün bu gün həm də ona görə əlamətdardır ki, 18 sentyabr 1994-cü ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin açılışı olub”, - deyə Rza Bayramov vurğulayıb.

Tədbirdə Ü.Hacıbəylinin həyat və yaradıcılığı və muzeyinin yaradılmasının 31 illiyinə həsr olunmuş slayd-şou nümayiş edilib.

Tədbirin bədii hissəsində pianoçu, vokal ifaçısı, musiqişünas Sevinc İbrahimova və Gülnar İrşadi Ü.Hacıbəyli, M.Maqomayev, Niyazi, Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Seçilən
8
1
azertag.az

2Mənbələr