AZ

"Bəzi insanlar ev heyvanlarını təbiətə yaxın olmaq üçün seçir"

Son zamanlar ev heyvanlarına sahiblik etmək istəyənlərin sayı artıb. 

Kimisi heyvanları çox sevdiyinə görə, heyvanlarla birlikdə yaşamaq onlar üçün həyat tərzinə çevrilib.

Belə olan halda insanlar artıq pişik və itlərə heyvan kimi deyil, ailə üzvü kimi yanaşır. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, Azərbaycanda da pişik və it saxlayan ailələrin sayı ildən-ilə artır, bu isə cəmiyyətimizdə ev heyvanlarının rolunun getdikcə gücləndiyini göstərir: 

“Bəzi insanlar ev heyvanlarını təbiətə yaxın olmaq üçün seçir. Bir qisim insanlar var ki, onlar övlad anlayışının evdə saxladığı it, pişiklə tamamlayır. Məsələn, bir çoxları üçün it və pişiklər həyat yoldaşları və ya övladları qədər əhəmiyyətlidir. Həmin insanlar öz övladı kimi həmin heyvanı sevir, ona sevgi göstərir”.

Sevinc
 

Seçilən
5
hit.az

1Mənbələr