AZ

Zaxarova: Rusiya sərhəd gözətçi gəmisi Bakı limanına daxil olacaq

“Rusiya FTX-nin (FSB) sərhəd gözətçi gəmisi 23 sentyabrda Bakı limanına daxil olacaq və 25 sentyabradək burada qalacaq. Proqramda iki ölkənin sərhəd xidmətləri üzrə görüşlər nəzərdə tutulub”.

Ölkə.Az xəbər verir ki, bunu RİA Novostiyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“23-25 sentyabrda FSB-nin sərhəd gözətçi gəmisi "Rasul Gamzatov" Bakı limanına daxil olacaq. Səfər ikitərəfli əməkdaşlıq üçün təsdiqlənmiş planlar çərçivəsində həyata keçirilir. Səfər proqramına Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında əməkdaşlıq məsələlərinin, əsasən Xəzər dənizi ətrafında müzakirəsi daxildir”, – deyə o brifinq zamanı bildirib.

“Rusiya sərhədçilərinin Bakıya səfəri təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə və Xəzər regionunda praktik əməkdaşlığın gücləndirilməsinə olan əhvali-ruhiyyəni göstərir,” – əlavə edib Zaxarova.

Seçilən
45
13
olke.az

10Mənbələr