AZ

Forbes: "Putinin “Həyat xətti” artıq hücuma məruz qalıb..."

...SİA-nın əldə etdiyi məlumata görə, “Forbes” yazır ki, pilotsuz təyyarələr və sanksiyalar Rusiya iqtisadiyyatının “həyat xəttinə” zərbə vurduğu üçün Ukrayna və ABŞ Kremlə təzyiqləri artıra bilər.

Ukraynanın Rusiya neft emalı zavodlarına pilotsuz təyyarələrlə hücum kampaniyası getdikcə Moskvanın iqtisadi əsaslarını sarsıdır.

Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin fikrincə, hazırkı dinamika Donald Tramp administrasiyasına iqtisadi sanksiyaları Kiyevin “kinetik kampaniyası” ilə birləşdirərək, Kremli danışıqlar masasına oturmağa məcbur etmək imkanı verir.

...Rusiyanın neft ixracı onun iqtisadi həyat xətti olaraq qalır. Buna görə də prezident Tramp bu məsələyə çox diqqət yetirir, - Koffi vurğulayıb.

Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın neft infrastrukturunu çökdürür.

Ukraynanın hava hücumları artıq Rusiyanın neft emalı potensialının 17 -21 faizini zədələyib.

Ötən həftə dronlar sərhəddən 1500 km uzaqlıqdakı obyektə çatıb. Bu, nəinki yanacaq böhranına səbəb oldu, həm də Kremli qıt hava hücumundan müdafiə vasitələri ilə təmin etməyə məcbur etdi və onların cəbhədəki sayını azaltdı. Rusiya daxilində yanacağın qiyməti təxminən 25 faiz artıb və çatışmazlıq ucqar bölgələrdə və işğal olunmuş Krımda xüsusilə kəskindir.

Sanksiyalar və Moskvadakı böhran...

Bu iqtisadi zərbə Rusiya şirkətlərini 1990-cı illərin barterinə - taxıl və kətanı Çin avtomobillərinə və tikinti materiallarına dəyişdirməyə sövq edən Qərb sanksiyaları ilə daha da artırır. Büdcə kəsiri 150 dəfə artaraq 4,2 trilyon rubla çatıb.

Müstəqil Levada Mərkəzi qeyd edib ki, hazırda rusların 66 faizi sülh danışıqları ideyasını dəstəkləyir - bu rekord yüksəkdir. Yalnız 27 faiz müharibənin davam etdirilməsinin tərəfdarıdır.

“David Goliata qarşı”...

...Rusiyanın ən böyük sərvəti həmişə ölçüsü olub. Lakin yeni dron arsenalının meydana çıxması ilə bu üstünlük zəifliyə çevrilir. Rusiyanın bütün ərazisini əhatə etmək üçün resursları yoxdur, - Koffi izah edir.

Ukraynanın keçmiş müdafiə naziri Aleksiy Reznikov vurğulayır: “Müasir müharibə resurslar müharibəsidir, Ukrayna isə Davuddur ki, Qolyatın zəif nöqtələrini tapmağa çalışır”.

Əli Babayev

Seçilən
3
1
sia.az

2Mənbələr