AZ

"Alpine" sürücüləri Azərbaycan mətbəxi ilə yaxından tanış olublar, qutab bişiriblər

"Formula 1"in Bakı yarışı ərəfəsində "Alpine" pilotları Franko Kolapinto və Pyer Qasli Azərbaycan mətbəxi ilə yaxından tanış olmaq qərarına gəliblər, əlləri ilə öz qutablarını hazırlayıblar.

“İki sahil” xəbər verir ki, Azərbaycan Qran-Prisinin meydançasında fud-kortun yaxınlığında sürücülərin nəinki yerli yeməklərin dadına baxa, həm də hazırlıq prosesinin şahidi ola biləcəkləri yer ayrılıb. Kolapinto və Qaslinin qutab hazıryarakən çəkilən videoları qısa zamanda sosial mediada populyarlıq qazanıb və dünya üzrə pərəstişkarlarından çoxsaylı şərhlər alıb.

Franko Kolapinto tapşırığa çox ciddi yanaşıb: "o, həyəcanlanır, qutabları diqqətlə düzəldir və uğurlu cəhddən sonra sevincini gizlətmirdi, hətta öz-özünü alqışlayırdı da". Pyer Qasli isə kulinariya təcrübəsinə yumorla yanaşıb: "onun bişintisi heç ənənəvi formada olmayıb, pilot da zarafatla buna "Kim deyib ki, o, yumru olmalıdır?" reaksiyası verib.

Yemək bişirildikdən sonra sürücülər həmkarlarını və qonaqları qutaba qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin reaksiyasına əsasən, sürücülərin yeməyi təəccüblü dərəcədə dadlı olub.

Seçilən
9
3
ikisahil.az

4Mənbələr