15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.
Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.
Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnib.
“Bavariya”dan növbəti rekord
ÇL-də günün nəticələri: "Bavariya" və PSJ-dən qələbə - YENİLƏNİB
"Barselona"da ciddi itki: YAMAL ÜÇ MATÇI BURAXA BİLƏR
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”