BAKI, 18 sentaybr. TELEQRAF
Avropa ölkələri Rusiyadan neft almaqda davam etdiyi müddətdə Vaşinqton Moskva ilə bağlı yeni sanksiyalar tətbiq etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə keçirdiyi mətbuat konfransında bildirib.
Donald Tramp qeyd edib ki, ABŞ Rusiyaya və onun tərəfdaşlarına qarşı başqa addımlar ata bilər, lakin Avropa ölkələri Rusiya neftindən asılı olduğu halda bu mümkün deyil.
"ABŞ avqustun 6-da Rusiyadan neft və neft məhsulları aldığına görə Hindistana əlavə 25 faiz gömrük rüsumu tətbiq edib. Çin də hazırda ABŞ-yə böyük həcmdə gömrük rüsumları ödəyir".