AZ

Hindistanda daha bir kəndli pələngin qurbanı oldu

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uttar-Pradeş ştatında pələng 28 yaşlı kişini parçalayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bazar günü Katariaqhat qoruğunun ərazisində yerləşən Xarxapur kəndində baş verib.

İndal Nişad adlı kənd sakini evinin yaxınlığında pələngin hücumuna məruz qalıb. Vəhşi kəndlini yaxınlıqdakı şəkər plantasiyasına apararaq parçalayıb. İndalın qışqırığını eşidən kənd sakinləri ona kömək etməyə çalışsalar da, gec olub. Faciədən sonra yerli hakimiyyət orqanları kəndlilərin təhlükəsizliyi naminə qoruğun ərazisində müəyyən təhlükəsizlik tədbirləri görürlər.

Qeyd edək ki, bu, son 1 ayda təkcə Uttar-Pradeş ştatında 2-ci belə haldır. Avqustun 23-də Katiqhara kəndinin 21 yaşlı sakini Saurab Diksit də pələng tərəfindən öldürülmüşdü.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
525.az

1Mənbələr