AZ

Ev sahibi olmaq istəyənlərin nəzərinə: bu yolla almayın Vacib şərt

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Son vaxtlar insanlar “TikTok” platforması vasitəsilə ev və torpaq almağa daha çox maraq göstərirlər. Lakin bu yolla əmlak alarkən aldadılanların sayı da kifayət qədərdir. Bu isə sosial şəbəkələr üzərindən aparılan satışların təhlükəsizliyini gündəmə gətirir.

Belə platformalarda əmlak satışını tənzimləyən xüsusi qanunlar tətbiq olunmalıdırmı, yoxsa məsuliyyət yalnız alıcılara buraxılmalıdır? 

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, sosial şəbəkələr vasitəsilə əmlak satışı zamanı tez-tez sui-istifadə və aldatma halları müşahidə olunur:

“Buna görə də vətəndaş seçim edərkən mütləq əmlakı canlı şəkildə görməli və məsuliyyəti dərk etməlidir. Aldanmamaq üçün diqqətli olmaq əsas şərtdir. Bu kimi hallar Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Yəni yanlış məlumat vermə və aldatma halları hüquqi məsuliyyət doğurur. Saytlarda və elanlarda əlavə nəzarət mexanizmləri nəzərdə tutulsa da, əsas məsuliyyət ilk növbədə alıcı və satıcının üzərinə düşür. Bu baxımdan vətəndaşlar yalnız rəsmi mənbələrə və etibarlı elan platformalarına üstünlük verməlidirlər. Əks halda, aldanma hallarında həm maddi zərər, həm də uzunmüddətli hüquqi prosedurlar qaçılmaz olur”.

Elnur Azadov

Ekspert qeyd edib ki, bu kimi platformalar üzərindən alış etdikdə hər hansı müqavilə və ya ödənişdən əvvəl əmlakı şəxsən yoxlamaq vacibdir:

“Həmçinin alqı-satqı yalnız notarial qaydada təsdiqlənmiş müqavilə əsasında aparılmalıdır. Nağd ödənişdən imtina edib, köçürmə yolu ilə ödəmə etmək daha təhlükəsizdir. Bundan başqa mülkiyyət hüququnu təsdiq edən sənədlərin doğruluğunu yoxlamaq lazımdır”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr