AZ

Telman İsmayılovun keçmiş mühafizəçisi HƏBS EDİLDİ

Moskva Qarnizonu Hərbi Məhkəməsi 2006-cı ildə müğənni Avraam Russoya sui-qəsddə və iş adamları olan Qurşumovların öldürülməsinə köməklik etməkdə təqsirləndirilən Tərxan Eldukayevi - Telman İsmayılovun keçmiş mühafizəçisini 14,5 il müddətinə azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Məhkəmə Tərxan Eldukayevi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14,5 il müddətinə azadlıqdan məhrum edib, cinayət işini Rusiya Cinayət Məcəlləsinin 102-ci maddəsinə tövsif edib, eləcə də Qurşumovun 2,5 milyon rublluq mülki iddiasını qismən təmin edib", - agentliyin mənbəsi bildirib.

Prokuror Eldukayevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Seçilən
10
5
publika.az

6Mənbələr