AZ

Sabah Şağan qəsəbəsində qaz olmayacaq

Sabah Bakının Xəzər rayonunun Şağan qəsəbəsinə təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə “Cebheinfo.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə sentyabrın 19-da saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

“Cebheinfo.az”

Seçilən
12
25
cebheinfo.az

10Mənbələr