Moldovanın paytaxtı Kişinyov şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması 2-ci yoxlama oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, qızlarımız moldovalı yaşıdları ilə üz-üzə gəlib. Milli komandamız görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.
Komandamızın heyətində hər iki qolu Xanım Əsədova (27,53) vurub.