AZ

“Aznur” İspaniya klubunu məğlub etdi

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Aznur” komandası qrup mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə,  G qrupunda mübarizə aparan kollektiv İspaniyanın “Ovyedo” klubu ilə qarşılaşıb. Rəcəb Fərəczadənin başçılıq etdiyi komanda rəqibini 3:1 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, “Aznur” ötən gün Çexiyanın “Hoverla Zak Praqa” komandası ilə üz-üzə gəlmiş və görüş 1:1 hesablı bərabərliklə başa çatmışdı.

Seçilən
12
90deqiqe.az

1Mənbələr