AZ

Gecəyarısı azyaşlı uşağı ilə canlı açıb nalayiq hərəkət edən qadınla bağlı tədbir görüldü DİN dən açıqlama

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Tiktok" sosial şəbəkəsində azyaşlı övladının gözləri qarşısında nalayiq hərəkətlər edən qadın barədə tədbir görülüb.

"Unikal" xəbər verir ki, sosial şəbəkələrdə valideynin canlı yayım açaraq azyaşlı övladına qarşı zorakılıq, qeyri-etik ifadələr olan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı etdiyi hərəkətlərlə 7 yaşlı övladının həyat və sağlamlığı üçün real təhlükə yaradan 1999-cu il təvəllüdlü Zəminə Qurbanova Bərdə rayonunda müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub.

Azyaşlı tibbi müayinədən keçirilməsi məqsədi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxs barəsində isə protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib.

Azyaşlının valideynindən alınaraq sığınacağa yerləşdirilməsi və Z.Qurbanovanın valideynlik hüququndan məhrum olunması üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
24
unikal.az

10Mənbələr