...SİA-nın əldə etdiyi məlumata görə, Baza Telegram kanalı xəbər verir ki, Azərbaycanda qohumlar arasında nikahların qadağan edilməsi nikaha girənlərin sayının azalmasına səbəb olub.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında ölkədə 2694 cüt evlənib ki, bu da əmiuşağı nikahlarına hələ də icazə verildiyi iyun ayının sayının demək olar ki yarısıdır.
Ötən ilin eyni ayı ilə müqayisədə nikahların sayının azaldığını statistika da təsdiqləyir.
Belə ki, 2024-cü ilin iyul ayında Azərbaycanda 4587 cütlük ailə həyatı qurub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın da qeyd etdiyi kimi, qanun millətin genefondunu qorumaq məqsədi ilə qəbul edilib, çünki qohumlar arasında nikahlar çox vaxt mutasiyaya, sağlamlığı zəif, fiziki və əqli qüsurlu uşaqların dünyaya gəlməsinə səbəb olur.
Nazlı Almuradova