ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astarada 71 yaşlı qadın ldürülüb.
Mia.az xəbər verir ki, sentyabrın 7-də Astara rayonunun Miki kənd sakini, 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı ünvanda tapılıb. İlkin məlumata görə, Ş.Salayeva döşəmədə oturaraq, boğazında baş örpəyinin çarpayıya bağlanan vəziyyətdə aşkarlanıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Ekspertizanın verdiyi rəydən sonra Ş.Salayevanın qətlə yetirildiyi məlum olub.
Araşdırma zamanı o da məlum olub ki, qadına məxsus sandıq evdən oğurlanıb. Axtarışlardan sonra sandıq meşəlik ərazisindən tapılıb.
Qətli törətməkdə şübhəli bilinən Ş.Salayevanın qonşusu olan qadın - 1970-ci il təvəllüdlü Ziba Abidova saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.