AZ

"Tramp istəyir ki, kimin itirməyindən, kimin qazanmağından asılı olmayaraq münaqişə tez bitsin"

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ-yə səfər edəcək. Zelenski BMT Baş Assambleyasının Nyu-Yorkda baş tutacaq 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasınsa görüş baş tuta bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, prinsip etibarilə Trampla Zelenskinin görüşü mümkündür.

"Nyu-Yorkdakı BMT sessiyasında da və yaxud başqa bir şəhərdə, məkanda görüş mümkündür. Mən burada bir problem görmürəm. Bu görüşün prinsipial məsələləri həll edəcəyinə bir o qədər inamım yoxdur. Yəni, Tramp üçün məsələ budur ki, bu münaqişə tez bir zamanda bitsin və burada kimin itirməyindən, kimin qazanmağından asılı olmayaraq, qısa müddətli də olsa bir sülh, atəşkəs əldə olunsun".

Politoloq qeyd etdi ki, Ukrayna üçün də bu məsələlər qəbul edilən deyil:

"Çünki Rusiyanın tələbləri və şərtləri çox ağırdır. Yəni bu mənada prinsipial bir dəyişiklik əldə olunacağı bir o qədər də ümidli deyiləm".

Aytəkin TOFİQQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr