AZ

Evinin təmiri üçün pul ödəyən şəxs aldadıldığını iddia edirVİDEO

Sosial şəbəkədən tapdığı şirkətə evinin təmiri üçün pul ödəyən şəxs aldadıldığını iddia edir.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən Nuranə Mahmudova bildirib ki, bir müddət öncə yeni aldığı mənzilini təmir etdirmək istəyib.

Xezerxeber.az-ın məlumatına görə, bu məqsədlə "Dost İnşaat" təmir şirkəti ilə müqavilə bağlayıb. Ödənişin bir hissəsi də əvvəlcədən verilib. Ev sahibinin iddiasına görə, təmirin sentyabrın sonunadək yekunlaşacağı deyilsə də, evin böyük hissəsi hələ təmir olunmayıb. Görülən işlərdə isə xeyli nöqsan var.

Məsələ iəl bağlı "Dost İnşaat" şirkətinin icraçı direktoru Gündüz Sulatnov isə "Xəzər Xəbər"ə bildirdi ki, Nuranə Mahmudova başqa şirkətlərlə də təmir üçün müaqivələ bağlayıb. İddia etdi ki, təmiri bəyənmədiyi üçün digər şirkətləri də məhkəməyə verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, polisə mənzilin təmiri ilə bağlı mülki mübahisə ilə əlaqədar müraciət daxil olub. Müraciət üzrə araşdırmalar aparılıb. Tərəflər arasında yaranan mübahisənin məhkəmə predmeti olması müəyyən edilərək, vətəndaşa müvafiq cavab verilib. Tövsiyə olunub ki, mülki mübahisə predmeti yaradan halla bağlı məhkəməyə müraciət edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
1
xezerxeber.az

1Mənbələr