AZ

Fransada büdcə etirazlarına yarım milyon insan qatıldı

Fransada 18 sentyabrda keçirilən etiraz aksiyalarında yarım milyondan çox insan iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Le Figaro qəzeti yerli polis məlumatlarına istinadla xəbər yayıb.

“Bu cümə axşamı Fransada keçirilən yürüşlərdə 500 mindən çox etirazçı iştirak edib. Parisdə isə yürüşlərdə 55 min nəfər iştirak edib”, – məlumatda qeyd olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanları 181 nəfəri saxlayıb, 11 aksiyaçı isə xəstəxanaya yerləşdirilib.

Fransada etiraz aksiyaları bir neçə gündür davam edir. Aksiya iştirakçılarının əsas etiraz səbəbi parlament tərəfindən nəzərdən keçirilən 2026-cı ilin dövlət büdcəsi layihəsidir.

Seçilən
46
nocomment.az

1Mənbələr