BAKI, 18 sentyabr. TELEQRQAF
Qazaxıstanda Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi yaradılıb.
Teleqraf xəbər verir ki, bu barədə prezident Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb .
Ölkə rəhbərinin fərmanı ilə Rəqəmsal İnkişaf Nazirliyi bundan sonra Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi adlanacaq.
Hökumətə dövlət orqanlarında kadrların yenidən bölüşdürülməsini təmin etmək tapşırılıb.