“Barselona”nın hücum yarımmüdafiəçisi Pedro Fernandes yaxın zamanda klubla yeni əmək müqaviləsi imzalaya bilər.
90deqiqe.Az-ın məlumatına görə, “zadəganlar”ın rəhbərliyi artıq 17 yaşlı yetirməsi ilə müqavilənin uzadılması üzərində işləməyə başlayıb. İngiltərə Premyer Liqasının bir sıra aparıcı klubları da futbolçuya maraq göstərir.
Pedro Fernandes hələ əsas komandada debüt etməsə də, La Liqa oyunları üçün müntəzəm olaraq iştirak ərizəsinə daxil edilir. Onun hazırkı müqaviləsi 2027-ci ilin ortasına qədər qüvvədədir.