AZ

Trampın Ermənistanla bağlı açıqlaması gündəm oldu VİDEO

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp çıxışında yenidən Azərbaycan və Ermənistan mövzusuna toxunarkən səhv edib.

Globalinfo.az xəbər verir ki, o, Azərbaycanın adını düzgün tələffüz etməkdə çətinlik çəkib və bir daha Ermənistanı Albaniya ilə qarışdırıb.

Tramp bildirib ki, guya ABŞ “Aberdin və Albaniya arasında” münaqişəni həll edib. Bu isə onun üçüncü dəfədir ki, Ermənistan və Albaniyanı səhv salmasıdır.

Trampın bu qarışıqlıqları həm ictimaiyyətin, həm də sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb və ABŞ Prezidentinin xarici siyasət məsələlərində bəzən çaşqınlıq yaşadığını göstərir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
globalinfo.az

2Mənbələr