AZ

"Qurban Qurbanov onlara da çalğısız-musiqisiz “toy” tutdu"

"Qarabağ" Çempionlar Liqasına fantastik qələbə ilə start verdi.

Ağdam klubu bütün müstəvidə geri qaldığı "Benfika"ya şans tanımadı.

Adlı-sanlı rəqibini öz azarkeşləri önündə rüsvay etdi.

Özü də 0:2 geri düşdüyü qarşılaşmada.

Azərbaycan futbol ictimaiyyəti 16 sentyabr axşamında baş verənləri çətin ki, bir də unutsun.

Futbol tariximizə möhtəşəm anlarla düşən həmin qələbədən sonra klubun sosial şəbəkə hesablarında toy-bayram idi.

Təbrik təbrikə qarışmışdı.

Çoxsaylı şərhlər arasında xüsusi seçilən rəylərin bir qismini sizə təqdim edirik:

"Bizə Qurbansız komanda olmasın bəsdir".

"Bu klub Azərbaycan xalqının bir dəyərinə çevrilib".

"Qarabağ"ı təhqir edənlər bir də futboldan danışmasın".

"Sadəcə ağlayıram".

"Qurban Qurbanovun sağlığında heykəl qoymalıyıq".

"Sən Allahın bizə bəxş etdiyi nemətsən".

"Qurban Qurbanov Portuqaliyada da çalğısız-musiqisiz toy tutdu".

"Söz tapmaq olmur - Portuqaliyalılar məğlubiyyətin, biz də qələbənin şokundayıq"

"Yuxu kimi bir gecə...".

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr