Rusiyada Dövlət Dumasında yeni qanun layihəsi hazırlanır.
Musavat.com xəbər verir ki, layihəyə əsasən, ölkə ərazisindəki bar və restoranlarda ödənilən hesabların 1%-i Ukraynada gedən müharibə üçün ayrılacaq.
Təşəbbüs müəllifləri bildirirlər ki, bu yolla əyləncə məkanlarında istirahət edən vətəndaşlar “cəbhədəki əsgərlər haqqında düşünməyə” təşviq olunacaqlar.
Qanun layihəsi hələ müzakirə mərhələsindədir və qəbul olunacağı halda, ölkə üzrə bütün ictimai iaşə müəssisələrinə şamil ediləcək.
Musavat.com