Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərə Bankı uçot dərəcəsini dəyişməyərək 4% səviyyəsində saxlayıb.
Banco.azxəbər verir ki, İngiltərə Mərkəzi Bankı pul siyasəti faizini proqnozlara uyğun olaraq sabit saxlayıb.
Bank uçot dərəcəsini 4 faiz səviyyəsində qoruyub.
Bank kəmiyyətcə sərtləşdirməni də 70 milyard funt sterlinq səviyyəsinə endirib.
Bankın pul siyasəti komitəsində faizlərin sabit saxlanılması qərarı yeddi səsə qarşı iki səslə qəbul edilib.
Qərar mətnində İngiltərə Mərkəzi Bankının sədri Endryu Beyli faiz endirimi qərarlarının mərhələli və diqqətli şəkildə qəbul edilməli olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!