"Benfika"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, Lissabon təmsilçisini Joze Mourinyo çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
62 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turu çərçivəsində "Qarabağ"a 2:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi Bruno Laje istefaya göndərilib. Mourinyonun son iş yeri isə "Fənərbaxça" olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta