AZ

Tramp bu dəfə Azərbaycanın da adını səhv dedi – VİDEO

ABŞ Prezidenti Donald Tramp çıxışında yenidən Azərbaycan və Ermənistan mövzusuna toxunarkən səhv edib.

Globalinfo.az xəbər verir ki, o, Azərbaycanın adını düzgün tələffüz etməkdə çətinlik çəkib və bir daha Ermənistanı Albaniya ilə qarışdırıb.

Tramp bildirib ki, ABŞ “Aberbaycan və Albaniya arasında” münaqişəni həll edib. Bu isə onun üçüncü dəfədir ki, Ermənistan və Albaniyanı səhv salmasıdır.

Trampın bu qarışıqlıqları həm ictimaiyyətin, həm də sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb və ABŞ Prezidentinin xarici siyasət məsələlərində bəzən çaşqınlıq yaşadığını göstərir.

Seçilən
4
1
editor.az

2Mənbələr