AZ

Polşanın müdafiə naziri Ukraynaya gedəcək - Bu səbəbdən

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış yaxın günlərdə Ukraynaya səfər edəcək. 

News24.az xəbər verir ki, bu barədə "Wydarzenia" qəzeti məlumat yayıb. O, Polşa Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə birlikdə Kiyevdə danışıqlar aparacaq.

Səfərin əsas mövzusu Ukrayna ilə hərbi əməkdaşlığın genişləndirilməsi və bu ölkənin müdafiəsinə gələcək dəstəyin müzakirəsi olacaq. Xüsusilə, döyüş şəraitində pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi üzrə mütəxəssislərin hazırlanması məsələsinə diqqət yetiriləcək.

Məlumatda həmçinin qeyd olunur ki, Kosiniyak-Kamış Ukraynanın baş naziri Denis Şmıxalla da görüşməyi planlaşdırır.

Aqil


Seçilən
43
news24.az

1Mənbələr