AZ

AvtoVAZ “Lada” istehsal planını 40% azaldıb

Rusiyanın ən iri avtomobil istehsalçısı AvtoVAZ bu il üçün nəzərdə tutduğu “Lada” avtomobillərinin istehsal planını kəskin azaldıb.

Musavat.com xəbər verir ki, şirkət əvvəlki 500 min ədədlik planı 300 minə endirib — bu isə ilkin gözləntilərlə müqayisədə təxminən 40% azalma deməkdir.

Rəsmi açıqlamaya görə, yanvar-avqust aylarında satışlar dörddə bir azalıb və vəziyyətin gərginləşməsi səbəbindən sentyabrın sonunda zavod dörd günlük iş rejiminə keçəcək.

AvtoVAZ bu geriləmənin əsas səbəbi kimi Rusiya Mərkəzi Bankının yüksək faiz dərəcələri fonunda kreditlərin bahalaşmasını göstərib. 

 

Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr