AZ

“Niva” keçiddən qaçaraq keçən qadını və uşağını vurdu VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Avtomobil piyada keçidində uşaqlı qadını vurub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Çelyabinsk şəhərində baş verib. Məlumata görə, Çaykovski küçəsində hərəkətin intensiv olan vaxtı qucağında altı yaşlı uşağı olan qadın piyadalar üçün svetoforun qırımızı işığından qaçaraq keçən zaman "Niva" markalı avtomobil vurub. Zərbənin təsirindən hər iki zərərçəkən asfaltda sürüklənib.

Qəza nəticəsində 26 yaşlı qadın və onun azyaşlı oğlu yüngül xəsarətlər alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıblar.

"Niva"nın 19 yaşlı sürücüsü polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
avtosfer.az

1Mənbələr