AZ

Şərq cinahında hazırlıq başladı: Əhali bomba sığınacaqları ilə təmin edilir

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Polşa hakimiyyəti ölkə üzrə bütün binaların bomba sığınacağı və ya örtük kimi yararlılığını müəyyən etmək üçün genişmiqyaslı yoxlama proqramına start verib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd olunub ki, layihənin əsas məqsədi şəhər əhalisinin azı 50 faizini, kənd sakinlərinin isə dörddə birini sığınacaq imkanları ilə təmin etməkdir.

Proqram çərçivəsində qarşıdakı iki il ərzində təxminən 5 milyard zlotiyə (1,25 milyard dollardan çox) vəsait ayrılacaq. Bu məbləğ mövcud sığınacaqların modernləşdirilməsi və təmiri, yeni qoruyucu tikililərin inşası, xəbərdarlıq və rabitə sistemlərinin gücləndirilməsinə yönəldiləcək.

“RMF24″ün məlumatına görə, artıq 12 sentyabr 2025-ci il tarixinədək hakimiyyət orqanları 4000-ə yaxın obyektin yoxlanılmasını təyin edib.

Dövlət Yanğından Mühafizə Xidməti və tikinti müfəttişləri tərəfindən aparılan 2000-dən çox baxış nəticəsində 1000-dən artıq obyektin tələblərə cavab verdiyi və qəza sığınacağı kimi istifadə oluna biləcəyi müəyyənləşdirilib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr