AZ

Azərbaycan klubları ÇL in növbəti mərhələsinə yüksəldilər

Qol.az saytına istinadən ain.az xəbər verir.

Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə Çempionlar Liqası davam edir.

QOL.az xəbər verir ki, turnirdə Azərbaycanı çempion “Birbaşa Bakı”, vitse-çempion “Zirə” və “Aznur” təmsil edir.

"Aznur" qrup mərhələsinin 2-ci turunda əvvəlcə "Grupo Raxu Oviedo" (İspaniya) kollektivini, daha sonra "Pioneer Group Almaty" (Qazaxıstan) komandasını 3:1 hesabı ilə məğlub edib.

"Birbaşa Bakı" qrup mərhələsinin 3-cü turunda "Red Start Belgrade" (Serbiya) klubuna 7:0 hesabı ilə qalib gəlib. 

"Zirə" - "Red Meat Burger Saloon Afula" (İsrail) matçı isə 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Nəticədə “Birbaşa Bakı” və “Zirə” qrup lideri kimi növbəti mərhələyə yüksəlib, “Aznur” isə ikinci pillədən pley-offa adlayıb.

Qeyd edək ki, daha öncə “Birbaşa Bakı” Rumıniyanın “ARRV” (4:1) və Portuqaliyanın “Portu” (0:0) klubları ilə qarşılaşıb. “Zirə” Macarıstanın “Rooftop Budapeşt” (2:0) və Slovakiyanın “Jaqmart” (2:1), “Aznur” isə Çexiyanın “Hoverla Praqa” (1:1) komandaları ilə oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
2
qol.az

4Mənbələr