Moskva Hərbi Məhkəməsində Telman İsmayılovun şəxsi mühafizəçisi olmuş Tarxan Eldukayevin işi üzrə hökmü elan edib.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu gün məhkəmənin hökmü ilə Tarxan Eldukayev 14,5 il müddətinə azadlıqdan məhrum edilib. O cəızasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Eldukaev Russo da daxil olmaqla, qətllər və adam öldürməyə cəhdlə bağlı işdə suçlu bilinirdi. Qapalı keçirilən məhkəmə iclasları gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Belə ki, məhkəmənin yerləşdiyi küçə yol polisi əməkdaşları tərəfindən bağlanıb, binanın yaxınlığında çevik polislər zirehli furqonla keşik çəkiblər. Proses bitdikdən sonra da heç kimin Avraam Russo ilə danışmasına icazə verilməyib. Onu tez bayıra çıxarıb maşına mindiriblər və o, dərhal oradan uzaqlaşdırıblar.
Russo məhkəmədə 2004-2006-cı illərdə baş verən hadisələrdən ətraflı danışıb, deyib ki, onu qaçırıblar, sonra isə idarə etdiyi avtomobilə atəş açaraq onu öldürməyə cəhd edilib. Zərərçəkmiş bildirib ki, Eldukayev həmin vaxt “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun mühafizə xidmətinə rəhbərlik edib və onun göstərişlərini yerinə yetirib. Avraam Russonun dediyinə görə, “AST Telman” onu “öz mülkiyyəti” kimi qəbul edib və sahibi olduğu “Praqa” restoranından başqa heç bir yerdə çıxışını qadağan etməyə çalışıb.
Russonun sözlərinə görə, 2004-cü ilin yanvarında İsmayılov öz əlaltıları ilə onu döyüb, estrada fəaliyyətini onun şərtləri əsasında davam etdirməyi tələb edib. Bundan başqa, müğənnini döydükdən sonra İsmayılovun Moskva ətrafındakı evinə aparıblar, artist bütün tələblərlə razılaşmayanadək orada saxlayıblar.
Baş verən hadisədən sonra müğənni İsmayılovla əlaqə saxlamayıb, lakin münaqişə bununla bitməyib. 2006-cı ildə Russoya hücum olunub: müğənninin avtomobilini avtomatdan atəşə tutublar, artist üç güllə yarası alıb.
Tarxan Eldukaev Çeçenistan əsilli və keçmiş hərbçidir. Rusiyanın İstintaq Komitəsi Telman İsmayılov bir neçə ağır cinayərdə suçşlayır və illərdir axtarışdadır. Onun Balkan ölkələrinin birində vətəndaşlıq aldığı və orada biznesini davam etdirdiyi deyilir.
Suriyanın Hələb şəhərindən olan milliyətcə erməni, əsl adı Abraxam İpcan olan sənətçini Telman İsmayılov Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib. Rusiyaya gələn erməni Abraxam İpcanov adını dəyişərək Avram Russo olub və 2001-ci ildən etibarən Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib. Özünə Rusiya şou-biznesində yer etdikdən sonra Avraam öz erməni xislətinə sadiq qalaraq, “AST Telman”dan üz döndərdi. Avraam öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Livan, Fransa və Suriyada yaşayıblar.
Musavat.com