AZ

Gec yatanlar risk altındadır - DİQQƏT

Gec saatlarda yatmaq bir çox insan üçün vərdişə çevrilsə də, bu hal həm fiziki, həm də psixoloji sağlamlığa ciddi təsir göstərir.

E-saglam.az xəbər verir ki, elmi araşdırmalar göstərir ki, bədənin bioloji saatı (sirkadiyal ritm) pozulduqda orqanizmin bərpa mexanizmləri zəifləyir və bir sıra xəstəliklərin riski artır. Bu da öz növbəsində aşağıdakı fəsadlara yol açır.

Yuxu keyfiyyətinin pisləşməsi – Gec yatmaq yuxunun dərin fazalarının azalmasına səbəb olur, nəticədə bədən tam bərpa olunmur.

İmmunitetin zəifləməsi – Yuxu azlığı immun sistemini zəiflədir, orqanizmi infeksiyalara daha həssas edir.

Ürək-damar xəstəlikləri riski – Araşdırmalar göstərir ki, gec yatmaq qan təzyiqini və ürək xəstəlikləri riskini artırır.

Hormonal pozğunluqlar – Gec saatlarda yatmayan insanlarda stress hormonu (kortizol) artır, melatonin istehsalı isə azalır. Bu da həm yuxusuzluğa, həm də maddələr mübadiləsinin pozulmasına səbəb olur.

Piylənmə və metabolik sindrom – Gec yatmaq və az yatmaq orqanizmdə insulin müqavimətini artırır, bu da çəki artımına və şəkərli diabet riskinə gətirib çıxara bilər.

Zehni fəaliyyətin zəifləməsi – Gecə gec yatmaq diqqəti, yaddaşı və öyrənmə qabiliyyətini zəiflədir.

Psixoloji təsirlər – Daimi gec yatmaq depressiya, həyəcan pozğunluğu və xroniki yorğunluq sindromuna yol aça bilər.

 Sağlamlıq üçün ən yaxşısı saat 22:00–23:00 aralığında yatmaqdır. Belə olduqda həm beynin, həm də bədənin bərpa prosesi daha səmərəli gedir.

Tərcümə: Nəzrin Abbas

E-sağlam.az

Seçilən
10
e-saglam.az

1Mənbələr