AZ

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd edilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzi mövsümü Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı ilə açıb.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi Sahib Paşazadə hər kəsi Milli Musiqi Günü münasibətilə təbrik edib, bunun təkcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramı olduğunu qeyd edib.

Konsertdə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) və Cahangir Cahangirov adına xor (bədii rəhbər - Əməkdar müəllim Təranə Yusifova) dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət proqramı təqdim ediblər.

Orkestr rəmzi olaraq proqrama 18 əsər daxil edib. Dövlət Himni və “Koroğlu” operasından uvertüra ilə başlayan konsertdə xorun solistlərinin iştirakı ilə məşhur bəstəkarın əbədiyaşar əsərlərinin ifası da yer alıb. Cahangir Cahangirov adına xor Üzeyir bəyin opera və operettaları əsasında hazırlanmış kompozisiyalar ifa edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
azertag.az

1Mənbələr