AZ

Lazım gələrsə, sərt addımlar atacağam! - TRAMP

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya Prezidenti Vladimir Putindən atəşkəs xahiş etmək üçün hələ doğru zaman deyil.

Modern.az xəbər verir ki, bu barədə o, "Air Force One" təyyarəsində jurnalistlərlə söhbətində danışıb.

“Məncə, hələ vaxtı deyil. Amma lazım gələrsə, sərt addımlar atacağam”, – deyə Tramp qeyd edib.

O, həmçinin neft qiymətlərinin endirilməsinin vacibliyini vurğulayıb.

“Neftin qiymətlərini aşağı salmaq lazımdır”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın fikrincə, dünya bazarında neft qiymətləri enərsə, Rusiya-Ukrayna müharibəsi də başa çata bilər.

Prezident əlavə edib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşündə tərəflər Avropanın Rusiya neftindən imtina etməsinin vacibliyi barədə razılığa gəliblər.

Seçilən
4
1
modern.az

2Mənbələr