AZ

Yəmən husiləri Təl-Əvivdə hərbi obyektə zərbə endirib

BAKI, 19 sentyabr. TELEQRAF

Yəmənin Ənsar Allah hərəkatı (husi üsyançıları) Təl-Əvivdəki hərbi obyektə "hipersonik ballistik raket"lə hücum edib.

Teleqraf xəbər verir ki, bu baərə üsyançı silahlı qüvvələrin sözçüsü Yəhya Saria bildirib.

"Yəmən silahlı qüvvələri "Fələstin-2" hipersəs ballistik raketindən istifadə edərək, işğal altındakı Yaffa bölgəsindəki İsrailin əsas hərbi obyektinə hücum edib. Əməliyyat öz məqsədinə uğurla nail olub", - hərəkatın nümayəndəsi "Əl Məsir"ə telekanalında bildirib .

Saria həmçinin iddia edir ki, üsyançı qüvvələr İsrailin cənubundakı Eylat və Beer Şeva şəhərlərinə pilotsuz uçuş aparatlarından zərbələr endiriblər.

Seçilən
8
teleqraf.com

1Mənbələr