Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ hökuməti son aylar "dil tapa" bilmədiyi Hindistana qarşı yeni həmlələrə əl atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Dövlət departamenti artıq hindistanlı iş adamlarının vizalarını ləğv etməyə başlayıb.
Məlumata görə, artıq ABŞ hökuməti bəzi hindistanlı məşhur biznesmenləri "fentanil prekursorları"nın qaçaqmalçılığında ittiham edərək, ölkəyə girişlərini bloklayıb.
ABŞ-ın Yeni Dehlidəki səfirliyi faktı təsdiqləyib. Lakin səfirlk həmin biznesmenlərin adlarını açıqlamayıb.
ABŞ Dövlət Departamenti isə hindistanlı iş adamları və onların ailə üzvlərinin vizaları fentanil prekursorlarının qaçaqmalçılığında iştirak etdiklərinə görə ləğv etdiyini təsdiqləyib: "Bu istiqamətdə əlavə araşdırma gedir".
Məlumat üçün qeyd edək ki, tibbi araşdırmalara görə norkotika xüsusiyyətli sintetik tərkibli fentanil morfindən 100 dəfə güclüdür və cəmi iki milliqram doza insanı öldürə bilir.
Samir Musayev
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.