AZ

Xeyirxahlıq naminə yaradıcılıq: İncəsənətlə heyvanlara köməyi birləşdirən qeyri-adi layihə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müasir incəsənət dünyasında yaradıcılıq və mərhəməti birləşdirən layihə yaranıb. "Nine Senses Art Center"də 13 yaşlı rəssam Zeynəb Babayevanın işlərindən ibarət sərginin təntənəli açılışı baş tutub, habelə "Tarixin elçiləri" adlı xeyriyyə hərracı keçirilib.
Oxu.Az xəbər verir ki, ekspozisiyada müəllif işləri iki texnikada təqdim olunub: xəz və gili birləşdirən qarışıq texnika, eləcə də sırf gildən hazırlanmış məmulatlar. Hər bir iş rəssamın unikal baxışını və heyvanlara olan sevgisini əks etdirir.
Mərkəzdə nümayiş etdirilən əsərlərin bəziləri hərraca çıxarılıb və satışdan əldə olunan gəlirin əhəmiyyətli bir hissəsi GWARP (Good World Animal Rescue and Protection - heyvanların xilas edilməsi ilə məşğul olan təşkilat - red.) sığınacağınının dəstəklənməsinə ayrılacaq.
Hal-hazırda GWARP sığınacaqlarında 500-dən çox it və 100-dən çox pişik var. Qəyyumluq altında olan heyvanların sayı mütəmadi dəyişir, çünki təşkilat heyvanların yeni ailələrə, o cümlədən xaricə verilməsi ilə aktiv məşğul olur.
Gənc rəssam Zeynəb Babayeva Oxu.Az-a sərgidən təəssüratlarını bölüşüb və yaradıcılıq yolundan bəhs edib.
"Maqsud İbrahimbəyovun yaradıcılıq mərkəzində keçirilən ilk sərgimdə heyvanlara kömək etmək istəyimi bildirmişdim. Bugünkü tədbir sığınacağa kömək məqsədi ilə təşkil olunub. Biz məmulatları satacağıq və satışdan olan gəlirin bir hissəsini xeyriyyəçiliyə verəcəyik. Yaradıcılıqla məşğul olmaq fikri mənə karantin dövründə gəldi. Mən uşaqlıqdan müxtəlif fiqurları plastilindən düzəltməyi sevirəm. Mən heyvan götürməyi çox istəyirəm, amma valideynlərim əleyhinədir. Həmçinin mən bir neçə dəfə sığınacağa baş çəkmişəm, kömək etmək üçün könüllü işləmək istəyirdim, amma hələlik bu alınmayıb. Uşaqlıqdan heyvanları çox sevirəm, biz həmişə evdə itlər saxlayırdıq. Heyvanlar özlərinə kömək edə bilmirlər, ona görə də mən bütün gücümlə bunu etməyə çalışıram", - deyə o bildirib.
İncəsənət mərkəzinin direktoru Natalya Jukova sadə təkliflə başlayan və miqyaslı xeyriyyə aksiyasına çevrilən qeyri-adi təşəbbüsdən bəhs edib.
"Əvvəlcə Zeynəb anası ilə birlikdə bu sərgini keçirmək üçün bizə müraciət etdi, "Nine Senses" sərgini səmərəli etməyi, birbaşa hərracla maraqlanan üçüncü tərəflə əməkdaşlıq etməyi təklif etdi. Sonra isə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sərginin təşkilində dəstək göstərdi", - deyə direktor fikirlərini bölüşüb.
GWARP təşkilatının hazırkı prezidenti və Direktorlar Şurasının üzvü Fərid Mansurov da sərgi haqqında danışıb.
"Bizimlə "Nine Senses" mərkəzinin rəhbəri Natalya xanım əlaqə saxladı və bildirdi ki, onlarda heyvanları çox sevən 13 yaşlı qızın sərgisi planlaşdırılıb. Onlar bu sərgini xeyriyyəçiliyə çevirmək və sığınacağa kömək etmək istəyirdilər. Biz gənc rəssamı Buzovnada yaralı və şikəst heyvanların qaldığı GWARP sığınacaqlarından birini ziyarət etməyə dəvət etdik. Zeynab dərhal xoşbəxt hiss etdi. İdeyanı, həmçinin Leyla Əliyevanın dəstəkləməsi layihəyə əlavə təkan verdi", - deyə Mansurov qeyd edib.
Tədbirdə azərbaycanlı heykəltaraş Fuad Salayev, "Azərxalça" ASC-nin kreativ direktoru Əsmər Abdullayeva, xalçaçı rəssam Eldar Hacıyev, Azərbaycanın Xalq Artisti Eyub Yaqubov və başqaları iştirak ediblər.
Qeyd edək ki, sərgi sentyabrın 26-a qədər davam edəcək.
Seçilən
2
oxu.az

1Mənbələr