AZ

Gökhan Özən eşqini elan etdi

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyəli müğənni Gökhan Özən eşqini elan edib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə adını açıqlamadığı xanımla foto paylaşaraq bunları yazıb:

"25 illik karyeramda şəxsi həyatımla gündəmdə olmamağı, sadəcə mahnılarım, konsertlərim, bir sözlə sənətimlə tanınmağı seçdiyimi hər kəs yaxşı bilir. Bu gün ilk dəfə sizinlə paylaşmaq istəyirəm. Mən paylaşım edirəm ki, heç kim öz düşüncəsinə görə şərhlər yazıb, mənim üçün dəyərli olanı incitməsin. Mətbuat və kameralardan uzaq, şəxsi həyatımı qorumağı seçdiyim bu dövrdə, media və maqazin nümayəndələrinin buna hörmət göstərəcəyinə inanıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
axsam.az

1Mənbələr