ain.az bildirir, Bizim media portalına istinadən.
Ağır qəza keçirən müğənni Ayla Şiriyeva yeni yaşını qeyd edib.Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı video paylaşıb.Tort üfürdüyü anları izləyiciləri ilə bölüşən Aylanın arzusu hər kəsi kövrəldib:
“Ayağa durmaq, öz ayaqlarımın üstündə dayanmaq istəyirəm. Allahımdan ayaqlarımın tezliklə açılmağını istəyirəm. 27 yaşımda başqa arzum yoxdur”.
Bu anlarda müğənni özü də göz yaşlarını saxlaya bilməyib.Qeyd edək ki, Ayla bu ilin yanvarında Şahdağdan qayıdarkən ağır yol qəzası keçirib. Qəza nəticəsində sənətçi yerimə qabiliyyətini itirib.
Sara, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.