AZ

İsrail elə bir addım atdı ki… – Türkiyədə narahatlıq başladı

İsrail regionda artan gərginlik fonunda Kiprə əlavə hərbi dəstək göstərib.

Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Nikosiyaya “Barak MX” hava hücumundan müdafiə sistemləri verilib.

İsrailin bu addımı son həftələrdə Türkiyə ilə münasibətlərin daha da kəskinləşməsi, həmçinin Şərqi Aralıq dənizində enerji və təhlükəsizlik məsələləri ətrafında yaranan yeni risklərlə izah olunur.

Nəşrin məlumatına görə, bu yerləşdirmə həm Kiprin hava məkanının qorunması, həm də İsrailin regiondakı maraqlarının müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.

“Barak MX” sistemləri orta və uzun mənzilli raketlərə qarşı yüksək müdafiə qabiliyyəti ilə seçilir və İsrailin ən müasir texnologiyalarından biri hesab olunur. Həmçinin qərarın Türkiyədə birmənalı qarşılanmadığı bildirilir.

Globalinfo.az

Seçilən
1
1
editor.az

2Mənbələr