AZ

Bu şəxslər “Qarabağ”a niyə nifrət edir?

İndi Azərbaycanda hamı heyrətlə bu sualı verir: “Bunu necə bacarırlar?”

Cəmisi 30-40 milyon manatla büdcəsi az qala yarım milyarda çatan klublarla rəqabət aparmaq, Avropa standartlarında komanda formalaşdırmaq.

Dönüb “Qarabağ”sız Azərbaycana baxanda təccüblənirsən. Bir dəstə məmurun yadına “Avropa standartları” ancaq qiymətləri qaldıranda düşür. “Avropada benzin, qaz, elektrik bu qiymətədir” deyirlər.

Amma avropalının aldığı məvacibi, təqaüdü “standart”dan kənarda da görümürlər.

Əslində Azərbaycanın iqtisadiyyatına, səhiyyəsinə, təhsilinə yatırılan vəsait “Qarabağ”ın xərcəldiyi ilə müqayisəyə belə gəlməz. “Qarabağ” Avropa standartlarından 20-30 dəfə aşağı büdcə ilə Avropa standartına yüksəlir. Bizim məmurlar isə Avropa standartına bərabər vəsaitlə Afrika standartına da nail ola bilmirlər.

İndi Azərbaycanda iki təbəqə var: Biri “Qarabağ”ı söyür, digəri öyur. Öyən xalqdır, söyən, nifrət edən isə o məmurlardır.

“Qarabağ” xalqın gözünü açır, bu həqiqəti diktə edir: Azərbaycan da “Qarabağ” ola bilər. Kadrlar yerində olsa.

İndi o kadrlar “Qarabağ”a niyə nifrət etməsinlər ki… Onları hamınız tanıyırsınız.

P.S. Tam əminəm, əgər Prezident “Qarabağ”a, Qurban Qurbanova dəstək olmasaydı, o kadrlar onu çoxdan şərləyib ölkədən qovardılar. “Qarabağ”ın hər qələbəsindən sonra Prezidentin paylaşımı qoruyucu qübbədir.

Natiq Muxtarlı

Seçilən
8
sportinfo.az

1Mənbələr