AZ

Arvadım kişi deyil, bunu sübut edəcəm Makron

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makronun cinsiyyəti ilə bağlı yayılan iddialara cavab olaraq məhkəməyə müraciət edib.

Globalinfo.az xəbər verir ki, yerli KİV məlumat yayıb. Prezidentin yaxın çevrəsinin məlumatına görə, Makron məhkəməyə Bricitin qadın olduğunu təsdiqləyən elmi sübut təqdim edəcək.

“Həyat yoldaşım kişi deyil. Bu barədə yayılan iddialar da həqiqəti əks etdirmir. Mən bunu sübüt edəcəm. Mənim elmi sübütüm var, onu məhkəməyə təqdim edəcəm”, – deyə Fransa Prezidenti vurğulayıb.

Xatırladaq ki, son illərdə Bricit Makronun əslində transqender olması barədə sosial şəbəkələrdə iddialar yayılmışdı. Bu iddialar Fransa cəmiyyətində böyük rezonans doğurmuş və Prezident cütlüyü tərəfindən böhtan kimi qiymətləndirilmişdi.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
globalinfo.az

1Mənbələr