GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində Türkiyə təmsilçisi “Qalatasaray” Almaniya komandası “Ayntraxt Frankfurt”la qarşılaşıb.
Globalinfo.az xəbər verir ki, Almaniyada keçirilən qarşılaşma zamanı Türkiyə təmsilçiləri 5-1 hesabı ilə məğlub olub.
Oyunun 8-ci dəqiqəsində “Qalatasaray” hesabı açmağa müvəffəq olsa da, 37-ci dəqiqədən etibarən rəqib komanda ardıcıl qollar vurmağa başladı. Doan 37-ci dəqiqədə meydan sahiblərinin bərabərlik qolunu vurub. İlk hissənin son dəqiqələrində “Frankfurt” Uzun Can və Burkardtın qolları ilə hesabı öz xeyrinə dəyişib: 3-1.
“Frankfurt” matçın 66 və 75-ci dəqiqəsində hesabı daha da artırıb. Oyun 5-1 hesabı ilə başa çatıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.