AZ

Kral ailəsi ilə şam yeməyində Trampa görün nələr təqdim edilib

Sentyabrın 17-də Vindzor sarayında keçirilən rəsmi şam yeməyi zamanı ABŞ-dan gələn qonaqlara kreş-salatlı panna-kotta, bildirçin yumurtalı salat və parmesanlı qumabiskvit təqdim olunub.

Publika.az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) məlumat yayıb.

Nəşrin yazdığına görə, Kral III Çarlz, Kraliça Kamilla, ABŞ Prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniya iştirak etdiyi banketdə qəlyanaltılardan sonra əsas yemək kimi nazik kabak dilimlərinə bükülmüş sərbəst yetişdirilmiş toyuq ətindən hazırlanmış rulet verilib. Toyuqlar İngiltərənin Norfolk qraflığından gətirilib. Ruletin yanında ispaniya lobyası, ədviyyatlı balqabaq və qızardılmış tumlar, yağlı manqold yarpaqları və Darfan kartofu garnir kimi təqdim olunub.

“Dondurmaya olan sevgisi ilə tanınan Prezident Tramp Kentdən gətirilmiş moruq sorbeti və ağardılmış qaymaqla birlikdə vanilli dondurmaya qonaq edilib”, - məlumatda qeyd edilib.

NYP əlavə edib ki, şam yeməyindən sonra sarayda olan ən qədim içkilərdən - Trampın doğum ilinə ən yaxın olan 1945-ci il vintage portveyni, anasının doğulduğu Şotlandiyaya aid 1912-ci il konyakı və 1980-ci il "Bowmore Queen's Cask" adlı birmaltlı şotland viskisi təqdim olunub. Lakin Tramp spirtsiz içkilərə üstünlük verib.

Seçilən
26
publika.az

1Mənbələr